Formula 1 üzrə dünya çempionatında mövsümün ilk oyunu olan Bəhreyn Qran Prisini Red Bull komandasından olan hazırkı çempion Maks Ferstappen qazanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü il mövsümünün Sahir bölgəsində 5,4 kilometrlik Beynəlxalq Bəhreyn ərazisində keçirilən ilk yarış 57 dövrə üzərində keçirilib.
Son iki ilin çempionu, yarışa birinci cərgədən başlayan və yerini qoruyan Ferstappen bütün döyüş boyu düzgün pit-stop və təkər seçimləri ilə rəqibləri arasındakı məsafəni genişləndirib. Hollandiyalı sürücü 1:33:56,736 nəticə ilə mövsümün ilk yarışının qalibi olub. Ferstappenin komanda yoldaşı, meksikalı Serxio Peres liderdən 11,987 saniyə geri qalaraq podiuma, yeni komandası Aston Martin ilə uğurlu yarış keçirən ispan Fernando Alonso isə liderdən 38,637 saniyə geri qalaraq üçüncü olub.
Ferrari-nin Monako pilotu Çarlz Lekler üçüncü yerdə olarkən güc aqreqatı probleminə görə avtomobilini 41-ci dövrədə tərk etmək məcburiyyətində qaldığı yarışda komanda yoldaşı Karlos Sayns dördüncü, Mercedes-dən böyük britaniyalı Lyuis Hamilton və Aston Martin-dən Lance Stroll altıncı yerdə qərarlaşıb.
Mövsümün ikinci yarışı olan Səudiyyə Ərəbistanı Qran Prisi martın 19-da keçiriləcək. Bəhreyn Qran Prisindən sonra sürücülər və komandaların təsnifatında ilk 5 yer aşağıdakı kimi olub:
PİLOTLAR
1.Maks Verstappen (Hollandiya): 25 xal
2. Serxio Peres (Meksika): 18
3.Fernando Alonso (İspaniya): 15
4. Karlos Sayns (İspaniya): 12
5. Lyuis Həmilton (Böyük Britaniya): 10
KOMANDALAR
1. Red Bull: 43
2. Aston Martin: 23
3. Mercedes: 16
4. Ferrari: : 12
5. Alfa Romeo: 4
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB