“Bayer”dən darmadağın

Almaniya Bundesliqasında 23-cü tura yekun vurulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu gün daha iki görüş baş tutub.

“Volfsburq” - “Ayntraxt” matçında qalib müəyyənləşməyib. “Bayer” isə doğma meydanda “Herta”nı böyük hesabla məğlub edib.

Hazırda 49 xala malik “Bayern” və “Borussiya” (Dortmund) turnir cədvəlinə şərikli rəhbərlik edirlər. “Union Berlin” 44 xalla ilk üçlüyü qapayır. “Leypsiq” və “Frayburq”un 42, “Ayntraxt”ın 39 xalı var.

Almaniya Bundesliqası
23-cü tur
3 mart

Borussiya (Dortmund) – Leypsiq 2:1
Qol: Roys, 21-pen. E.Can, 39 – Forsberq, 74.

4 mart

Auqsburq – Verder 2:1
Qol: Belyo, 6. Mayer, 46 – Staqe, 16.

Borussiya (Mönhenqladbax) – Frayburq 0:0

Bohum – Şalke 0:2
Qol: Riemann, 45-öz qapısına. Bulter, 79.

Maynts – Hoffenhaym 1:0
Qol: Barreyro, 33.

Union Berlin – Köln 0:0

Ştutqart – Bayern 1:2
Qol: Perea, 88 – De Liqt, 39. Şupo-Motinq, 62.

5 mart

Bayer – Herta 4:1
Qol: S.Azmun, 12. Frimponq, 21. Diabi, 60. Adli, 73 – Lukebakio, 67-pen.

Volfsburq – Ayntraxt 2:2
Qol: Marmuş, 10. Gerhardt, 43 – Muani, 22. Ndikka, 26.

Bütün xəbərlər Facebook səhifəmizdə