"Qarabağ" "Qəbələ"yə qalib gəldi

"Qarabağ" "Qəbələ"yə qalib gəldi

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, son oyun gününə nəzərdə tutulan iki görüşdən artıq 1-i başa çatıb. Lider "Qarabağ" səfərdə "Qəbələ" ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Nəticədə "Qarabağ" 2-ci yerdəki "Sabah"la fərqi 9 xala yüksəldib.

Günün digər matçında isə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək.

5 mart (bazar)

17:00. “Qəbələ” – “Qarabağ” - 1:3

Qollar: İsnik Alimi, 31 (1:0), Ramil Şeydayev, 38-pen. (1:1), Musa Qurbanlı, 55 (1:2), Ramil Şeydayev, 68-pen. (1:3)
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər:
Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
8-ci kilometr stadionu

3 mart (cümə)

17:00. “Zirə” – “Şamaxı” - 2:2

4 mart (şənbə)

“Sabah” – “Kəpəz” - 2:0

“Səbail” – “Sumqayıt” - 0:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 25 20 5 0 61-15 65
2 Sabah 25 17 5 3 53-18 56
3 Neftçi 24 15 4 5 42-22 49
4 Zirə 25 10 6 9 29-33 36
5 Qəbələ 25 8 8 9 29-31 32
6 Turan Tovuz 24 7 5 12 19-29 26
7 Sumqayıt 25 5 6 14 17-40 21
8 Kəpəz 25 4 8 13 24-46 20
9 Şamaxı 25 4 8 13 23-40 20
10 Səbail 25 4 5 16 19-42 17

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 17 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 12 qol
Emin Mahmudov ("Neftçi") - 11 qol
Aleksey Kaşuk ("Sabah") - 10 qol

Bütün xəbərlər Facebook səhifəmizdə