Fransa Liqa 1-də XXVI turun oyunları keçirilir. SİA xəbər verir ki, lider PSJ “Nant”ı qəbul edib. Görüş ev sahibinin qələbəsi ilə başa çatıb – 4:2.
Paris təmsilçisi Lionel Messi ilə hesabı açıb, Jauen Adjamın avtoqolu ilə 2 topluq üstünlük qazansa da, qələbəni əldən vermək təhlükəsi ilə üzləşib. İnadkarlıq göstərən “Nant” bərabərliyi təmin etməyi bacarıb. Ancaq Danilo Perreyra və Kilian Mbappenin qolları parislilərə 3 xal qazandırıb.
Bu qələbə sayəsində Kristof Qaltyenin komandası zirvədəki mövqeyini bir az da möhkəmləndirib. 63 xala malik kollektiv ən yaxın izləyicisi “Marsel”dən 11 addım öndədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB