Yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirə bilər

Yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirə bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirə birlər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Telegraph”ın jurnalisti Mayk Makqrat məlumat yayıb.

Onun sözlərinə görə, “Mançester Yunayted” Qrinvudla bağlı Türkiyə klubları və transfer pəncərəsinin hələ də bağlanmadığı ölkə komandalarından bir neçə icarə təklifi alıb.

Məlumata görə, “Mançester Yunayted” hələlik heç kimlə razılaşmağa cəhd etməyib və əvvəlcə daxili təhqiqatı başa çatdırmaq niyyətindədir. Yalnız bundan sonra əvvəllər zorakılıqda ittiham olunan futbolçunun taleyi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Qrinvud sonuncu dəfə 22 yanvar 2022-ci ildə “qırmızı şeytanlar”ın heyətində oyuna çıxıb.

Xatırladaq ki, o, bir müddət əvvəl cinsi zorakılıqda ittiham olunsa da, bəraət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə