“Mançester Yunayted” növbəti mərhələdə

“Mançester Yunayted” növbəti mərhələdə

İngiltərə Kubokunda (FA Cup) 1/8 final mərhələsi davam edir. SİA xəbər verir ki, bu gecə keçirilən oyunlardan sonra daha 4 komanda 1/4 finala yüksəlib.

Günün sensasiyası Southemptonda qeydə alınıb. Yerli komanda İkinci liqa (səviyyəcə 4-cü dərəcəli çempionat) təmsilçisi “Qrimsbi”yə uduzub – 1:2.

“Bernli” də “Flitvud”a qalib gələrək adını 1/4 finala yazdırıb.

“Çempionşip” təmsilçisi “Şeffild Yunayted”ə uduzan “Tottenhem” də mübarizəni dayandırmalı olub.

Mərhələnin ən maraqlı qarşılaşması ilə Mançesterdə olub. “Vest Hem”lə qarşılaşan “Mançester Yunayted” son dəqiqələrdə vurduğu qollarla 3:1 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə