FİFA futbol matçlarında oyunun vaxtından aparan dəqiqələr səbəbindən yeni qərarlar qəbul etməyə hazırlaşır.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb. Dünyanın ali futbol qurumu oyunlarda zaman itkisini futbol üçün bir "bəla" olaraq görür. Ona görə də FİFA bu məsələ ilə əlaqədar həftəsonu İFAB iclasında yeni qərarlar qəbulunu müzakirə edəcək.
Bildirilir ki, FİFA iyun ayından etibarən qol sevincləri zamanı sərf edilən vaxtı da oyunun əsas vaxtına əlavə edəcək.
Qurum DÇ-2022-də də itirilən zamanlarla bağlı sınaqlar aparmışdı. Həmin zaman oyunların əlavə vaxtında 4-5 dəqiqə artım müşahidə olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB