"Roma" autsayderə uduzdu

"Roma" İtaliya A seriyasında 24-cü tur oyununa çıxıb. SİA xəbər verir ki, komanda autsayder "Kremoneze"nin qonağı olub və 1:2 hesabı ilə uduzub.

"Kremoneze" - "Roma" - 2:1
Qollar: Tsacut, 17 (1:0), Spinazzola, 71 (1:1), Çofani, 83 (2:1)

Qeyd edək ki, bu nəticədən sonra "Roma" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb, "Kremoneze" isə 20-ci pillədən 19-cu pilləyə yüksəlib. Siyahıya 65 xalla "Napoli" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə