Skaloni ilə müqavilə uzadıldı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ilə müqavilə artırılıb. SİA xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Xatırladaq ki, Argentina yığması Skaloninin rəhbərliyi altında ötən il Qətərdə təşkil olunan dünya çempionatının qalibi olub. Skaloni 2018-ci ilin avqust ayından yığmanı çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə