Renatın komandası səfərdə məğlub oldu

Renatın komandası səfərdə məğlub oldu

Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" İsveçrə çempionatında 22-ci tur oyununa çıxıb. SİA xəbər verir ki, komanda səfərdə "Lutsern"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

"Lutsern" - "Qrasshopper" - 1:0
Qol: Frudek, 76

Renat sözügedən görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və 88-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki,"Qrasshopper" hazırda turnir cədvəlində 24 xalla 10 komanda arasında 7-ci pillədə qərarlaşşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə