İspaniya La Liqasında 23-cü turun oyunları davam edir. SİA xəbər verir ki, bu gün turun mərkəzi matçı keçirilib. "Real" öz meydanında əzəli rəqiblərindən olan "Atletiko"nu qəbul edib.
Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 64-cü dəqiqədə "Atletiko"dan Anhel Korrea birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Oyunda hesabı isə 78-ci dəqiqədə "Atletiko"dan Xose Mariya Ximenes açıb. 85-ci dəqiqədə Alvaro Rodriqez bərabərlik qolunu vurub. Bundan sonra tərəflər fərqlənə bilməyiblər. Beləliklə, "Real" və "Atletiko" derbidən hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Qeyd edək ki, "Real" 52 xalla turnir cədvəlində 2-ci, "Atletiko" isə 42 xalla 4-cü pillədə qərarlaşıb. Lider "Barselona"nın 59 xalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB