Fevralın 25-də Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının XIX turunun növbəti oyunu keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Gəncə” komandası doğma azarkeşlər önündə “Neftçi”ni qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alan “Gəncə” azarkeş dəstəyini də hiss edərək paytaxt klubu üzərində 83:73 hesablı qələbə qazanıb.
Matçın ən məhsuldar basketbolçuları “Gəncə”dən Kolin Törner (22 xal, 11 asist ), “Neftçi”dən Qlen Börns (19 xal, 4 ribaund) seçiliblər.
Qeyd edək ki, tura fevralın 26-da Şəkidə “Olimpik Şəki” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB