“Neftçi”nin aparıcı futbolçusu Kenni Sayef Kiprin “Omoniya” klubuna keçə bilər. SİA xəbər verir ki, Kipr çempionatının iddialı klubu olan Nikosiya təmsilçisi yayda Sayefi transfer etmək istəyir. Ancaq yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Buna görə də, Kipr klubunun rəhbərliyi Sayef üçün “Neftçi”yə müəyyən məbləğ ödəməlidir. Yayda “Omoniya”nın israilli futbolçu üçün “Neftçi”yə müraciət edəcəyi gözlənilir.
Xatırladaq ki, 29 yaşlı futbolçu ötən il "Anderlext"dən ayrılaraq "Neftçi"yə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB