"Anderlext" penaltilər seriyasında qalib gələrək 1/8 finala yüksəlib

"Anderlext" penaltilər seriyasında qalib gələrək 1/8 finala yüksəlib

UEFA Konfrans Liqasında daha bir komanda 1/8 finala yüksəlib. SİA-nın məlumatına görə, pley-off mərhələsinin cavab oyununda öz meydanında Bolqarıstanın “Ludoqorets” klubuna qalib gələn Belçika təmsilçisi “Anderlext” növbəti raunda adlayıb.

Matçın əsas vaxtı belçikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə bolqarlar 1:0 hesablı qalibiyyət əldə etdiklərindən, əlavə vaxt oynanılıb. Burada da hesab dəyişməyib və penaltilər seriyasından istifadə olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (3:0) “Anderlext” 1/8 finala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə