Ramos millidəki karyerasını başa vurdu

Ramos millidəki karyerasını başa vurdu

PSJ-nin futbolçusu Serxio Ramos İspaniya millisindəki karyerasını başa vurub.

SİA Qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi bunu özü açıqlayıb. Sosial şəbəkə hesabında bu barədə paylaşım edən müdafiəçi ona inanan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, 2005-ci ildən İspaniya millisində çıxış edən Ramos yığma ilə dünya və ikiqat Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə