"Real" "Barselona" ilə oyuna itkilərlə çıxacaq

"Real" "Barselona" ilə oyuna itkilərlə çıxacaq

"Real"ın futbolçuları Rodriqo Qoes və David Alaba Madrid klubunun növbəti oyunlarını buraxacaqlar.

SİA Qol.az-a istinadən xəbər verir ki, hər iki oyunçu zədəlidir. Alabanın sıraya dönməsi üçün təxminən 1 ay vaxt lazımdır. Qomesin isə 10 gün komandasına kömək edə bilməyəcəyi qeyd olunub.

Bu isə o deməkdir ki, sözügedən futbolçular fevralın 25-də La Liqada "Atletiko" və martın 2-də "Barselona" ilə Kral kubokunun ilk yarımfinal matçını buraxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə