“Barselona”nın qapıları Messiyə həmişə açıqdır

“Barselona”nın qapıları Messiyə həmişə açıqdır

“Barselona”nın baş məşqçisi Xavi Ernandes Lionel Messinin kluba mümkün qayıdışından danışıb.

SİA-nın da əldə etdiyi məlumata görə, argentinalı hələ də “PSJ” ilə müqavilənin uzadılmasına razı olmayıb. Qeyd edək ki, onun bu komanda ilə müqaviləsi cariilin iyununda başa çatır.

Yeri gəlmişkən, hücumçunun atasının bu yaxınlarda “Barselona”nın prezidenti Joan Laporta ilə görüşdüyü bildirilir.

“Leo Barselonanın onun evi olduğunu bilir”- deyə Xavi fikirlərini bölüşür. Klubun qapıları isə onun üzünə hər zaman açıqdır. O mənim dostumdur, daim əlaqə saxlayırıq. Onun qayıdışı yalnız özündən və istəklərindən asılı olacaq. Messi tarixin ən yaxşı oyunçusudur, onun “Barselona” oyununa uyğunlaşması heç vaxt çətin olmayacaq”, - deyə kataloniyalı baş məşqçi mətbuat konfransında bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə