“Mançester Yunayted”lə “Barselona” revanş oyununa çıxırlar

“Mançester Yunayted”lə “Barselona” revanş oyununa çıxırlar

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. SİA-nın məlumatına görə, baş tutacaq qarşılaşmaların ardından 1/8 finala adlayacaq 8 klubun adına aydınlıq gələcək.

Raundun ən diqqətçəkən cütlüyü olan İspaniya “Barselona”sı ilə İngiltərə klubu “Mançester Yunayted” bu dəfə ikincilərin meydanında üz-üzə gələcəklər. “Nou Kamp”dakı qollu bərabərliyin revanşında komandalar “Old Trafford”da münasibətlərinə aydınlıq gətirəcəklər.

Turnirin digər favoritləri hesab edilən İtaliya klublarından “Roma” öz meydanında, “Yuventus” isə səfərdə çıxış edəcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “Midtüllan” (Danimarka) - “Sportinq” (Portuqaliya)

İlk oyun - 1:1

21:45. “Monako” (Fransa) - “Bayer” (Leverkuzen, Almaniya)

İlk oyun - 3:2

21:45. “Nant” (Fransa) - “Yuventus” (İtaliya)

İlk oyun - 1:1

21:45. PSV (Niderland) - “Sevilya” (İspaniya)

İlk oyun - 0:3

00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya)

İlk oyun - 0:1

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya)

İlk oyun - 2:2

00:00. “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna)

İlk oyun - 1:2

00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland)

İlk oyun - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə