"Qalatasaray"ın yeni transferi təqdirəlayiq addım ilə gündəmə gəldi

"Qalatasaray"ın yeni transferi təqdirəlayiq addım ilə gündəmə gəldi

"Qalatasaray"ın yeni transferi Nikolo Zaniolo təqdirəlayiq addım ilə gündəmə gəlib. SİA "NTV Spor"a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi komandanın Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən 17 yaşlı azarkeşi Muhammed Emin Özkanın atası Doğan Özkana imzalı formasını hədiyyə edib. Bu haqda "Qalatasaray"ın sosial şəbəkə hesablarında paylaşılıb.

Həmçinin D.Özkan klubun Antalyada məskunlaşdığı oteldə qonaq edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ olub. Son məlumatlara görə, fəlakət nəticəsində 43 min 556 nəfər şəxs həyatını itirib.

Xatırladaq ki, Zaniolo fevralın 9-da "Roma"dan "Qalatasaray"a keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə