“Liverpul” - “Real Madrid” oyununda 7 qol, “Napoli” “Ayntraxt”dan üstün oldu - YENİLƏNİB

“Liverpul” - “Real Madrid” oyununda 7 qol, “Napoli” “Ayntraxt”dan üstün oldu - YENİLƏNİB

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. SİA xəbər verir ki, gecənin ən prinsipial matçı İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub.

Görüşə ev sahibləri yaxşı başlayaraq 14 dəqiqəyə 2 top vursalar da, "Kral" klubu mersisaydlıları qol vurmağa peşman edib. İspanlar ingilislərin qapısından düz 5 top keçirərək səfər oyununda darmadağına imza atıblar - 2:5.

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qonağı olub. Bu görüş də qonaqlar üçün uğurlu olub və ikinci hissənin böyük bir qismini say üstünlüyü ilə keçirən italyanların qələbəsilə yekunlaşıb - 0:2.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransada PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə