"Liverpul"u satmaq fikrim yoxdur

"Liverpul"un sahibi Con Henri klubu satmaq fikrində olmadığını bildirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib: "Liverpul haqqında çoxlu xəbər olduğunu bilirəm, amma mən faktlara sadiq qalıram.

İngiltərədə əbədi qalacağıq? Xeyr. Liverpolu satırıq? Xeyr. Klubun investorları ilə əlaqə saxlayırıqmı? Bəli. Klubda nəsə olacaq? Ümid edirəm. Amma bu, əlbəttə ki, satış olmayacaq".

Xatırladaq ki, 2022-ci ilin noyabrında Mersisayd təmsilçisinin sahibi Fenway Sports Group-un (FSG) klubun səhmlərini satışa çıxarması barədə məlumatlar yayılmışdı.

"Liverpul" İngiltərə Premyer Liqasında 35 xalla 8-ci pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə