Liqadan çıxan “Hatayspor”un 5 futbolçusu mövsümün sonuna dək icarəyə verilib.
SİA TRT spor-a istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlər səbəbindən Spor Toto Super Liqadan çəkilmə qərarına gələn “Atakaş Hatayspor” 5 futbolçusunun mövsümün sonuna qədər başqa komandalarda oynayacağını açıqlayıb.
Komanda liqadan çəkildikdən sonra klubun saytında futbolçuların transferlərinə dair məlumat paylaşıb.
Açıqlamada Mehdi Boudjemaanın mövsüm sonuna qədər “Ferencvaros”'a, Samuel Adekugbenin “Qalatasaray”a, Bertuğ Özgür Yıldırımın “Antalyaspor”a, Saba Lobjanidzenin “Fatih Karagümrükə” , Abdullah Yiğiterin “Çaykur Rizəspor”a transferi ilə bağlı razılıq əldə olunduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB