“Gəncə”dən çətin, “Neftçi”dən isə asan qələbə

“Gəncə”dən çətin, “Neftçi”dən isə asan qələbə

Fevralın 18-də Azərbaycan Basketbol Liqasında 18-ci turun iki oyunu keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, “Sərhədçi” İdman Mərkəzində keçirilən ilk oyun “Sabah BK” və “Gəncə BK” basketbolçuları arasında olub. Oyunun birinci hissəsində “Sabah BK” qalib olsa da, gəncəlilər yekunda 81-76 hesabı ilə qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Sabah BK” ( Entoni Patti - 17 xal, 10 ribaund ), “Gəncə BK” ( Cordan Endryus - 19 xal, 10 ribaund).

Günün ikinci oyununda paytaxt klubu “Neftçi İK”, region komandası “Olimpik Şəki BK” basketbolçularını qəbul edib. İlk perioddan üstünlüyü ələ alan paytaxt klubu yekunda 88-69 hesabı ilə qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: “Neftçi İK” ( Yuri Kondrakov - 29 xal, 10 ribaund), “Olimpik Şəki BK” ( Davante Kuper - 13 xal, 5 ribaund)

Qeyd edək ki, turun son oyunu fevralın 19-da Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK”- “Sərhədçi PİK” arasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə