Qazaxıstan gimnastı dünya kuboku yarışlarının finalına yüksəlib

Qazaxıstan gimnastı dünya kuboku yarışlarının finalına yüksəlib

Qazaxıstan batutçusu Daniel Mussabayev Milli Gimnastika Arenasında keçirilən dünya kuboku yarışlarında finala yüksəlib. SİA xəbər verir ki, kişi idmançıların fərdi təsnifat mərhələsinin birinci qrupunda çıxış edən D.Mussabayevin təqdim etdiyi proqram hakimlər tərəfindən 58,910 xalla qiymətləndirilib. Qrupda birinci olan idmançı finala vəsiqə qazanıb.
Böyüklər arasında təşkil olunan yarışda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.
Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com