Millinin üzvü "Eyndhoven"i məğlubiyyətdən xilas edə bilmədi

Millinin üzvü "Eyndhoven"i məğlubiyyətdən xilas edə bilmədi

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün də formasını geyindiyi "Eyndhoven" Niderland birinci divizionunda 25-ci tur oyununa çıxıb. SİA xəbər verir ki, komanda bu dəfə səfərdə "TOP Oss"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ozan Can da bu oyunun iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi meydana start heyətində çıxıb və 69-cu dəqiqədə Mohamed Lamin Diabi ilə əvəzlənib.

Qeyd edək ki, "Eyndhoven" hazırda turnir cədvəlində 39 xalla 6-cı, "TOP Oss" isə 24 xalla 19-cudur.

"TOP Oss" - "Eyndhoven" - 2:0

Qollar: Leuven, 66, Marqarita, 70

Bütün xəbərlər Facebook səhifəmizdə