Julian Arauxo rəsmi olaraq "Barselona"nın oyunçusudur

Julian Arauxo rəsmi olaraq "Barselona"nın oyunçusudur

“Los Anceles Qalaksi”nin müdafiəçisi Julian Arauxo “Barselona”ya keçib.

SİA-nın əldə etdiyi məlumata görə, müqavilə 3,5 il müddətinə imzalanıb. Amerika pasportuna malik 21 yaşlı meksikalı Kataloniya klubunun əvəzedici komandası olan “Barselona Atletik”ə keçəcək.

Transfer məbləği 4 milyon avro olduğu deyilir.

Xatırladaq ki, Arauxo qış transfer pəncərəsinin son günündə "Barselona"ya keçməli idi, lakin kataloniyalıların transferi qeydə almaq üçün 18 saniyəsi olmadığı üçün razılaşma baş tutmadı.

Amma buna baxmayaraq, “Barselona” keçidin qanuni tanınmasına nail ola bildi - bunun üçün mavi qranat hətta Beynəlxalq İdman Məhkəməsinə də müraciət etməli olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə