“TFF” transfer müddətinin uzadılmasını tələb edib

Epidentri Kahramanmaraş olan və əsrin fəlakəti olaraq xarekterizə edilən zəlzələdən sonra xüsusilə fəlakət bölgələrindəki komandaların təsirlənəcəyi mühüm proseslər cərəyan edir.
“TFF” transfer müddətinin uzadılmasını tələb edib

Türkiyə Futbol Federasiyasının rəsmiləri təbii fəlakət bölgəsində olan komandalarla əlaqəli görüşlər keçirmək üçün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında olublar.

SİA-nın əldə etdiyi məlumata görə, görüşdə Türkiyədəki transfer müddətinin martın 5-dək uzadılması tələbi çatdırılıb. Liqadan çəkilən komandaların, xüsusilə Hatayspor və Qaziantep Futbol Klubu oyuncularına məhdudiyyətsiz transfer icazəsi verilməsi məsələsi müzakirə edilib. Federasiya rəsmiləri tələbləri ilə bağlı UEFA-nın Rusiya və Ukraynadakı futbolçuların transferinə dair qərarını nümunə göstərib.

Xatırladaq ki, Türkiye Futbol Federasiyası böyük zəlzələdən sonra transfer müddətini fevralın 18-dək uzadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə