“Birlik və həmrəylik bizim qanımızdadır!”

“Birlik və həmrəylik bizim qanımızdadır!”

“Fənərbaxça” klubu, “Birlik və həmrəylik bizim qanımızdadır!” şuarı ilə Qızıl Aypara ilə əhəmiyyətli bir kampaniya başladıb.

SİA-nın əldə etdiyi məlumata görə, 3 gün davam edəcək qan kampaniyasına dünən Türkiyə vaxtı ilə saat 09:00-da Ülker stadionunda start verilib.

Zəlzələdən dağıntılar altından sağ çıxarılan və müalicə olunan vətəndaşlarımız üçün başladılan qanvermə aksiyasında klub əməkdaşları, idmançılar, sabiq futbolçular, azarkeşlər və vətəndaşlar iştirak edib. Qan donorlarına göstərdikləri dəstəyə görə sertifikat təqdim edilərkən, günün məna və əhəmiyyətindən asılı olaraq öz hiss və düşüncələrini bölüşmək istəyənlər üçün də xatirə dəftəri hazır saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə