“Monako” səfərdə, “Sevilya” evində üç qolla qalib gəldi

“Monako” səfərdə, “Sevilya” evində üç qolla qalib gəldi

UEFA Avropa Liqasında pley-off mərhələsində daha 4 oyun keçirilib. SİA xəbər verir ki, bununla da ilk matçlara yekun vurulub.

“Monako” Almaniyada “Bayer”i 3:2 hesabı ilə məğlub edib.

“Yuventus” İtaliyada Fransa “Nant”ının müqavimətini qıra bilməyib - 1:1.

“Sevilya” evində Niderland PSV-sini 3 cavabsız qolla üstələyib.

Danimarka “Midtyüllan”ı isə Portuqaliyada “Sportinq”lə sülhə razılaşıb - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə