Pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub

Pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub

UEFA Avropa Liqasında pley-off mərhələsində daha 4 oyun keçirilib. SİA-nın məlumatına görə, bununla da ilk matçlara yekun vurulub.

Fransa "Monako"su Almaniyada "Bayer"i 2:2 hesabı ilə məğlub edib. "Yuventus" İtaliyada Fransa "Nant"ının müqavimətini qıra bilməyib - 1:1.

"Sevilya" İspaniyada Niderland PSV-sini 3 cavabsız qolla üstələyib. Danimarka "Midtüllan"ı isə Portuqaliyada "Sportinq"lə sülhə razılaşıb - 1:1.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
16 fevral

00:00. “Bayer” (Leverkuzen, Almaniya) – “Monako” (Fransa) - 2:3
Qollar: Mussa Diabi, 48. Florian Virts, 59 - Lukaş Qradetski, 9 (avtoqol). Krepin Diatta, 74. Aksel Disasi, 90+2

00:00. “Yuventus” (İtaliya) – “Nant” (Fransa) - 1:1
Qollar: Duşan Vlahoviç, 13 - Lüdovik Blas, 60

00:00. “Sevilya” (İspaniya) – PSV (Niderland) - 3:0
Qollar: Yussef En-Nesiri, 45+2. Lukas Okampos, 50. Nemanya Qudel, 55

00:00. “Sportinq” (Portuqaliya) – “Midtüllan” (Danimarka) - 1:1
Qollar: Sebastyan Koates, 90+4 - İmam Aşur, 77

Qeyd edək ki, cavab oyunları fevralın 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə