PSJ-nin futbolçusu Lionel Messinin sabiq komandası “Barselona”ya qayıdacağı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, argentinalı ulduz futbolçunun atası Xorxe Messi bunun baş verməyəcəyini bildirib.
Fransa klubu ilə yeni müqavilədə hələ də ortaq məxrəcə gələ bilməyən 36 yaşlı hücumçunun atası Kataloniya klubundan təklif almadıqlarını bildirib:
“Leonun “Barselona”ya qayıdacağını düşünmürəm. Biz prezident Joan Laporta ilə danışmamışıq. Hətta “Barselona”dan təklif belə yoxdu”.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB