“Bazel”in baş məşqçisindən oyuncularına xəbərdarlıq

“Bazel”in baş məşqçisindən oyuncularına xəbərdarlıq

“Bazel”in baş məşqçisi Heiko Vogel “Trabzonspor”la oynayacaqları UEFA Konfrans Liqasının pley-off mərhələsi matçı öncəsi mətbuata açıqlama verib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, baş məşqçi Vogel: “Oyunçularımı xəbərdar edirəm ki, matçda qol vursaq sevinməsinlər”. “Trabzonspor” kimi, biz də bunu oynamalı olduğumuz bir oyun kimi düşünürük. “Trabzonsporu” matçdan əldə edilən gəliri zəlzələdən zərərçəkənlərə bağışlamaq qərarına görə təbrik edirəm. Biz də ianə kampaniyası təşkil etməyi planlaşdırırıq. Əlimizdən gələn dəstəyi verəcəyik”- deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə