“Barselona” Türkiyə üçün ianə çağırışını təkrar edib

“Barselona” Türkiyə üçün ianə çağırışını təkrar edib

İspaniyanın “Barselona” komandası sosial media hesabında video paylaşaraq bir daha zəlzələdən zərər çəkən Türkiyə və Suriya üçün ianə çağırışı edib. SİA xəbər verir ki, videoçarxda komandanın baş məşqçisi Xavi və bir sıra futbolçular yer alıb.

“Barselona” olaraq bütün dünyaya çağırışımızı təkrar edirik: Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlər üçün ianə edin”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, artıq bir neçə gün öncə katalon klubu analoji müraciətlə çıxış etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə