Futbolçu balaca Cavidə köynək vəd etdi - FOTO

Futbolçu balaca Cavidə köynək vəd etdi - FOTO

"Beşiktaş"ın milli futbolçusu Cenk Tosun Kahramanmaraş mərkəzli zəlzələlərdə ailəsini itirən və ondan forma istəyən uşağa Cavidə forma vəd edib və sağaldıqdan sonra onu matça dəvət edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada müalicə alan, zəlzələdən sağ çıxan Cavidin adına göndərilən mesaja cavab verən təcrübəli oyunçu bunları paylaşıb: "Qardaşım Cavid, sən bizim möcüzəmizsən. Formanın qayğısına qalıram, gücünə gələndə səni gözləyirik. Səni çox öpürəm, əziz qardaşım".

Bütün xəbərlər Facebook səhifəmizdə