Keçmiş futbolçu karyerasını bu klubda davam etdirəcək

Keçmiş futbolçu karyerasını bu klubda davam etdirəcək

"Mançester Siti"nin keçmiş futbolçusu Vilfred Boni karyerasını Boliviyada davam etdirəcək. SİA xəbər verir ki, Fil Dişi Sahilindən olan hücumçu bu ölkənin "Olveys Redi" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Vilfred Boni karyerası ərzində "Mançester Sİti"dən başqa "Sparta", "Vitess", "Suonsi", "Stok Siti" kimi klublarda çıxış edib. 34 yaşlı hücumçu son olaraq Niderlandda "Niymeqen"də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə