"Adanaspor" yarışda çıxışını dayandırıb

"Adanaspor" yarışda çıxışını dayandırıb

Türkiyə 1-ci liqası təmsilçisi "Adanaspor" yarışda çıxışını dayandırıb. SİA klubun saytına istinadən xəbər verir ki, komanda Karamanmaraşda güclü zəlzələdən sonra bu addımı atıb. Bildirilib ki, 2022-2023 mövsümünün qalan matçlarını mövcud şərtlərə görə davam etdirə bilməyəcəklər.

Qeyd edək ki, "Adanaspor" 1-ci liqada 25 xalla 19 komanda arasında 12-ci pillədə qərarlaşmışdı.

Xatırladaq ki, bundan əvvəl 1-ci liqa klublarından "Yeni Malatyaspor" yarışda çıxışını dayandırdığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə