"Roma"dan xal itkisi

İtaliya A Seriyasında 8-ci turun oyunlarına start verilib.

SİA APA-ya istinadən xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Sassuolo" ilə qarşılaşan "Parma" rəqibinə 1:3 hesabı ilə uduzub. Səfərdə "Sampdoriya"nın qonağı olan "Roma" rəqibin müqavimətini qıra bilməyib - 0:0.

Qeyd edək ki, A Seriyasının qalan 7 görüşü bu axşam keçiriləcək.

25 oktyabr

İtaliya A Seriyası, 8-ci tur

"Sampdoriya" - "Roma" - 0:0

"Empoli" - "Kalyari" - 0:4
Qollar:
Sau, 31 (0:1), Avelar, 36, 38 (0:3), Ekdal, 45+2 (0:4)

"Parma" - "Sassuolo" - 1:3
Qollar:
Flokkari, 20 (0:1), Aserbi, 23 (0:2), Tayder, 52 (0:3), Kassano, 78 (1:3)

26 oktyabr

"Kyevo" - "Genua"

"Yuventus" - "Palermo"

"Udineze" - "Atalanta"

"Çezena" - "İnter"

"Latsio" - "Torino"

"Napoli" - "Verona"

"Milan" - "Fiorentina"

Bütün xəbərlər Facebook səhifəmizdə