"Adanaspor" ligden çekildiğini açıkladı
Türkiyə 1-ci liqası təmsilçisi "Adanaspor" yarışda çıxışını dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, komanda Karamanmaraşda güclü zəlzələdən sonra bu addımı atıb. Bildirilib ki, 2022-2023 mövsümünün qalan matçlarını mövcud şərtlərə görə davam etdirə bilməyəcəklər.
Qeyd edək ki, "Adanaspor" 1-ci liqada 25 xalla 19 komanda arasında 12-ci pillədə qərarlaşmışdı.
Xatırladaq ki, bundan əvvəl 1-ci liqa klublarından "Yeni Malatyaspor" yarışda çıxışını dayandırdığını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB