Messi də Türkiyədəki fəlakətə biganə qalmadı

Messi də Türkiyədəki fəlakətə biganə qalmadı

PSJ klubunun və Argentina yığmasının futbolçusu Lionel Messi də Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə biganə qalmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, 35 yaşlı hücumçunun PSJ-nin heyətində oyunda geyindiyi və imzaladığı forma hərracda satılacaq və əldə olunan gəlir Türkiyəyə göndəriləcək.

Bu haqda məlumatı Türkiyə millisinin üzvü Merih Demiral məlumat yayıb. O, bildirib ki, türkiyə əsilli futbolçu Hakan Çalhanoğlu və italiyalı qapıçı Canluici Donnarumma Messi ilə əlaqə saxlayıblar, vəziyyəti ona başa salıblar. Nəticədə Messi Türkiyəyə belə bir yardım etmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня