Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu formasını geyindiyi Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunda poker edib. SİA-nın məlumatına görə, səfərdə "Əl-Vəhdə"yə 4:0 hesabı ilə qalib gəldikləri matçda bütün qolları 38 yaşlı hücumçu vurub.
O, 21, 40, 51 və 61-ci dəqiqələrdə fərqlənib. Təcrübəli forvard 3-cü qola penaltidən imza atıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Əl-Nəsr" liderliyini möhkəmlədib. 15 xalı olan "Əl-Vəhda" isə 13-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB