İbrahimoviç 41 yaşında oynamağı motivasiya adlandırıb

İbrahimoviç 41 yaşında oynamağı motivasiya adlandırıb

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç 41 yaşında oynamağı motivasiya adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini Sport Mediaset sitat gətirir.

Futbolçu öz təcrübəsini başqaları ilə bölüşmək və komandasının qələbə qazanmasına kömək etmək istədiyini bildirib.

“Mən zirvədəyəm. Başqalarına diqqət yetirmək istəyirəm, mən özüm üçün deyil, onlar üçün buradayam. Hər şeyi özüm üçün etsəydim, artıq adada siqar çəkərdim”-deyə İbrahimoviç bildirib.

Qeyd edək ki, İbrahimoviç “Milan”a 2020-ci ildə keçib. Onun komanda ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. İsveçli klubla birlikdə İtaliya çempionu adını qazanıb.

Xatırladaq ki, hücumçu vaxtilə “Ayaks”, “İnter”, “Yuventus”, “Barselona”, “Mançester Yunayted” və “Paris Saint-Germain”də top qovub.

Bundan əlavə, o İsveç millisində 62 qol vurub. Yeri gəlmişkən, İbrahimoviç milli komandanın tarixində ən çox qol vuran futbolçudur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə