Paulo Dibaladan zəlzələ qurbanları üçün kampaniyaya dəstək

Paulo Dibaladan zəlzələ qurbanları üçün kampaniyaya dəstək

İtaliya A Seriyasının komandası Romada çıxış edən Argentinalı futbolçu Paulo Dibala milli futbolçu Merih Demiralın zəlzələ qurbanları üçün başlatdığı yardım kampaniyasına qatılıb.

SİA TRT spor-a istinadən xəbər verir ki bu barədə Merih Demiral sosial media hesabında məlumat yayıb: “Qardaşım Paulo Dibala ilə indicə danışdıq. O, Argentina xalqı adından başşağlığı verib və bizim yanımızda olduğunu bildirib. Bir forma göndərərək bunun hərrac yolu satılıb Dostlar Dərnəyinə ianə edilməsini istəyib.

Qeyd edək ki, Milli futbolçu daha əvvəl portuqaliyalı ulduz Kriştiano Ronaldo və italiyalı müdafiəçi Leonardo Bonuççinin imzalı formalarını xeyriyyə hərracı ilə satmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə