“Mançester Yunayted”dən əzmkar bərabərlik

“Mançester Yunayted”dən əzmkar bərabərlik

İngiltərə Premyer Liqasında VIII turdan təxirə salınmış bir görüş keçirilib. SİA xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Lids”lə qarşılaşıb.

Oyunda hesab erkən açılıb. 1-ci dəqiqə qonaqların heyətində Qnonto fərqlənib. “Qırmızı şeytanlar” ikinci hissəyə də məyus başlayıblar. 48-ci dəqiqədə Rafael Varan avtoqolla yorkşirliləri hesabda önə çıxarıb.

Bununla belə özündə güc tapan “manukunianlar” hesabda tarazlıq yarada biliblər. 62-ci dəqiqədə Markus Reşford, 70-ci dəqiqədə isə Ceydon Sanço fərqlənərək status-kvonu bərpa edib.

Oyunda başqa qol olmayıb. Bu nəticə ilə xallarının sayını 43-ə yüksəldən “Mançester Yunayted” 3-cü pillədə qalıb. “Lids” isə 19 xalla 16-cıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə