Klublar zəlzələdən təsirlənənlər üçün yardım səfərbərliyi başladıb
Başda 4 böyüklər olmaqla yüzlərlə idman klubu öz obyektlərini yardım toplama sahələrinə çevirərkən, lazımi ləvazimatlar yük maşınlarına yüklənərək fəlakət bölgələrinə göndərilir.
Fənərbaxça Klubunun Kadıköy Bələdiyyəsi ilə əmikdaşlıq çərçivəsində başlatdığı kampaniyada toplanan minlərlə material yük maşınları bölgəyə çatdırılır.
Beşiktaş Klubu isə 20 min ədəd qışlıq geyim və azərkeşlər tərəfindən toplanan müxtəlif materialları fəlakətzədələrə göndərir.
Qalatasaray Nef Stadionunda yığılan 11 yük maşını dolusu yardım Hatay və Adıyamana yola salınıb.
Trabzonsporun TS Club anbarlarındakı bütün qış məhsulları və yataq çantaları, su kimi yaşayış materialları yük maşınlarına yüklənərək zəlzələdən zərərçəkənlərə çatdırılır.
Göztəpə İdman Klubu azərkeşləri də topladıqları palto, uşaq bezi, ədyal və ərzaq bağlamalarını bölgəyə çatdırmağa çalışırlar.
İzmirdən zəlzələ bölgəsinə 5 avtobus dolusu yardım göndərilib.
Qeyd edək ki, İzmirdə Voleybol Federasiyası, İstanbul Deniz Esinduy, Ankara TVF Başkənt, Atatürk və Bursa Cengiz Göllü salonları xeyriyyə toplama mərkəzlərinə çevrilib.
“Antalyaspor” anbarlardakı bütün qış məhsullarını bölgəyə çatdırır.
“Eyüpspor”un prezidenti Murat Özkaya 10 milyon lirə, Türkiyə Basketbol Federasiyası isə 5 milyon lirə ianə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB