“Roma”nın futbolçusu “Qalatasaray” klubu ilə anlaşıb

“Roma”nın futbolçusu “Qalatasaray” klubu ilə anlaşıb

“Roma”nın futbolçusu Nikolo Zaniolo İstanbulun “Qalatasaray” klubu ilə anlaşıb. SİA xəbər verir ki, İtaliya millisinin üzvü tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün İstanbula yollanıb. Bu transfer bonuslarla birlikdə “Roma”ya 20 milyon avro qazandıracaq.

İyirmi dörd yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə 4,5 illik müqavilə imzalayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə