Baş məşqçi canlı yayımda göz yaşlarına boğuldu

Baş məşqçi canlı yayımda göz yaşlarına boğuldu

Episentri Kahramanmaraş olan 7,4 bal gücündə zəlzələdə ağır dağıntıların yaşandığı Hataydan canlı yayım açan "Hatayspor”un baş məşqçisi Volkan Dəmirəl kömək istəyib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, o canlı yayımda hər kəsdən kömək istəyib.

Sosial mediada açdığı canlı yayımda göz yaşlarına boğulan Dəmirəl "Bütün imkanları göndərmənizi istəyirəm, lütfən, yalvarıram. Burada hamı yazıqdır. Hatayda hamı ölür. Xahiş edirəm təcili yardım gəlsin. Burada vəziyyət çox pisdir. Yardım edin. Köməyə ehtiyacı olan insanlar var”, - deyə o canlı yayımda göz yaşlarına boğulub.

Qeyd edək ki, Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində 10 vilayətdə yüzlərlə binaya ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə