“İnter” “Milan”a 1:0 hesabı ilə qalib gəlib

İtaliya A Seriyasının XXI turunda Milan derbisində “İnter” doğma meydanda “Milan”a 1:0 hesabı ilə qalib gəlib. SİA xəbər verir ki, qarşılaşma “Cüzeppe Meatsa” stadionunda baş tutub.

Oyunun 34-cü dəqiqəsində Lautaro Martines “İnter”in qoluna imza atıb. O, küncdən ötürülən topu dəqiq zərbə ilə tora qovuşdurub.

Sonuncu dəfə komandalar ötən ay görüşüb. İtaliya Superkubokunun oyununda “neradzurri” üstün olub. Onlar prinsipial rəqibin qapısına 3 cavabsız qol vurub.

Beləliklə, 21 oyundan sonra “İnter”in 43 xalı var. Simone İndzaginin yetirmələri 2-ci yerdə qərarlaşıblar və lider “Napoli”dən 16 xal geri qalırlar. “Milan”ın isə 58 xalı var. Komanda turnir cədvəlində 6-cı pillədədir. “Qırmızı-qaralar” “İnter”lə oyundan öncə 3 oyun dalbadal böyük hesabla məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə