Qadın şahmatçılar arasında ilk turun oyunları keçirilib - FOTOLAR

Qadın şahmatçılar arasında ilk turun oyunları keçirilib - FOTOLAR

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk turun oyunları keçirilib. Birinci yarış günü məhsuldar alınıb. Belə ki, açılış turunda heç-heçə qeydə alınmayıb. SİA xəbər verir ki, birinci tur reytinq favoriti olan Gövhər Beydullayevanın məğlubiyyəti ilə yadda qalıb. Qara fiqurlarla oynayan son çempion Xanım Balacayevaya uduzub. Nərmin Abdinova ağ fiqurlarla mübarizə aparan Səbinə İbrahimovaya qalib gəlib. Təcrübəli Zeynəb Məmmədyarova da çempionata qələbəylə başlayıb. Ağ fiqurlarla yarışan Məmmədyarova Gülnar Məmmədovadan üstün olub. Zeynəbin bacısı Türkan Məmmədyarova ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib. Qara fiqurlarla oynayan Xəyalə Abdulla isə ilk turda Ayan Allahverdiyevaya uduzub.

Nurtan Nuriyeva ilk turda istirahət edib.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə