"Beşiktaş" ağ səhifə açacaq

Çempionluq yarışında "Karagümrük" ilə 1-1 bərabərə qalaraq ciddi zədə alan "Beşiktaş" Super Liqanın 23-cü həftəsində bu gün "Sivasspor"un qonağı olacaq. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, şənbə günü 4 fevral tarixində keçiriləcək oyun saat 16.00-da başlayacaq.

Liqada 1 oyun buraxan “Qara Qartal” 11 qələbə, 6 heç-heçə, 3 məğlubiyyət və 39 xalla reytinq cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Karagümrük”lə oyundan sonra sarı vərəqə ilə cəzalanan Gedson Fernandes bu gün keçiriləcək mübarizədə iştirak edə bilməyəcək. Hələ zədəli olan Jozef de Souzanın da meydana çıxacağı gözlənilmir. Salih Uçanın statusu isə qeyri-müəyyən olaraq qalır. "Beşiktaş"da Cenk Tosun və Artur Masuaku kart cəzası limitindədir. Oktyabr ayında zədələnən və əməliyyatdan sonra yanvarın 19-da məşqlərə başlayan Ghezzal 3,5 ay sonra komandaya cəlb olunub. Əlcəzairli superulduz "Sivasspor"da səfərdə əvəzedici heyətdə yer alacaq. Günəşin zədədən yeni qayıtdığı üçün futbolçusunu riskə atmaq istəmədiyi öyrənilib. Bununla belə, Ghezzalın matçın gedişindən asılı olaraq vaxt ala biləcəyi bildirilirdi. 21 xalla "Sivasspor" Super Liqada 5 qələbə, 6 heç-heçə və 10 məğlubiyyətlə 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə