FİFA onun transferini qeydə almadı

Müdafiəçi Xulian Arauxonun "Los Anqeles Qelaksi"dən "Barselona"ya keçməsi FİFA tərəfindən qeydə alınmayıb. SİA xəbər verir ki, Kataloniya təmsilçisi müqaviləni rəsmiləşdirməyə 18 saniyə gecikib.

"FİFA təsdiq edə bilər ki, oyunçu Xulian Arauxo "Los Anceles Qelaksi"dən "Barselona"ya transferi qüvvədə olan qaydalara uyğun olaraq tamamlanmayıb" - deyə FİFA-dan ESPN-ə bildirilib.

Xatırladaq ki, Arauxo 2019-cu ildən “Los Anceles Qalaksi”nin əsas komandasında çıxış edir. 2022-ci ildə 21 yaşlı futbolçu MLS -də 31 matçda iştirak edib , 1 qol vurub və 5 qolun ötürməsi verib. 2021-ci ildən Arauxo Meksika millisinə çağırılır.

Bundan əvvəl tərəflərin keçid şərtləri ilə bağlı tam razılığa gəldiyi bildirilib. Futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi hesablanmışdı, lakin sistemdəki problem səbəbindən transfer nəzərdə tutulan transfer dövründə reallaşmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə